Logo

UNEC-də “Bir ideyam var” layihəsi təqdim olunacaq

28.03.2022 13:45 401 baxış
IMG

Martın 30-da Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Karyera mərkəzinin dəstəyi və Kapital Bankın təşkilatçılığı ilə tələbələr arasında “Bir ideyam var” layihəsi təqdim olunacaq.

UNEC-dən bildirilib ki, layihə çərçivəsində tələbələr “Yeni rəqəmsal bank məhsulları və xidmətləri”, “Müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi”, “İnnovativ texnologiyaların tətbiqi” mövzuları üzrə ideya və təkliflərini verəcəklər.

İlkin mərhələdə tələbələr tərəfindən irəli sürülmüş ideyalar təhlil olunacaq.

Sonda qalib ideyalar mükafatlandırılacaq.

Xəbər lenti