Logo

"Açıq qapı" günündə biletlər satılıb? - AÇIQLAMA

28.03.2022 18:58 400 baxış
IMG

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 27 mart tarixində teatrlarda "Açıq qapı" günü elan olunub, lakin sosial şəbəkələrdə bir sıra teatrlarda, o cümlədən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında həmin gün üçün bilet satışının olduğu və yer məhdudiyyəti ilə əlaqədar adamların teatra buraxılmaması ilə bağlı narazılıqlar yer alıb.

Sözügedən hadisə ilə bağlı Akademik Milli Dram Teatrından Apa-nın sorğusuna cavab olaraq bildirilib ki, teatrda bilet satışına cavabdeh iticket.az saytıdır: "Teatrın aylıq repertuarı qaydaya uyğun olaraq bilet satışı üçün iticket.az saytına və teatrın kassasına həvalə olunur. 27 mart Beynəlxalq Teatr Günü münasibəti ilə təşkil olunan “Açıq qapı” günü ilə əlaqədar Akademik Milli Dram Teatrına təxminən 800 nəfər üz tutmuşdu. Əlbəttə, sevindirici hadisədir ki, insanlar teatra bu qədər maraq göstərirlər. Amma nəzərə almaq lazımdır ki, zal 500 nəfərdən bir qədər artıq tamaşaçı tutumuna malikdir. Həmin gün çox az sayda dəvətnaməli tamaşaçı var idi. Zalın yer tutumunun heç 10 faizi deyildi. 500 nəfərdən çox tamaşaçının qarşılanması zamanı hər hansı narahatlığın olması mümkündür, bütün teatrlarda rast gəlinən haldır".

Həmçinin bildirilib ki, nazirliyin bu təşəbbüsü tamaşaçılarda teatra həvəsin yenindən oyanmasına səbəb olacaq və bu kimi anlaşılmaz hallar öz həllini tapacaq.

Xəbər lenti