Logo

Anar Salehoğlu: Əli Nağıyevin rəhbərliyi ilə Dövlət Təhlükəsizliyi Xidməti yüksək səviyyədə fəaliyyət göstərir

28.03.2022 22:31 2898 baxış
IMG

 

Dövlət təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Hələ XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti yarandığı dövrdə bu sahəyə xüsusi diqqət yetirilib və 28 mart 1919 –cu ildə Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya  adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.1967-ci ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. 
1991-ci il noyabrın 1-də isə Milli Təhlükəsizlik Nazirliyi yaradılıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb. Bu xüsusi xidmət orqanı Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılıb. General-polkovnik Əli Nağıyev Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. Həmin gündən etibarən xüsusi xidmət orqanı Azərbaycanın milli təhlükəsizliyini təmin etmək məqsədilə genişmiqyaslı və hərtərəfli fəaliyyət göstərir. Dövlət Təhlükəsizliyi Xidməti dövlət sirrlərinin qorunması, dövlət müstəqilliyimizə xələl gətirəcək halların dərhal müəyyən edilib aradan qaldırılması və.s sahələrdə daim operativlik nümayiş etdirir. Burada qurumun rəhbəri general-polkovnik Əli Nağıyevin böyük xidmətləri vardır. Əli Nağıyev öz məhsuldar və nümunəvi fəaliyyəti ilə həmişə seçilib. Məhz buna görə də o, cənab prezident İlham Əliyevin və Azərbaycan xalqının yüksək etimadını qazanmağı bacarıb. Bu gün milli təhlükəsizlik orqanı işçilərinin peşə bayramıdır. Qurum 103 yaşını qeyd edir. Bu münasibətlə də Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını təbrik edir, onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıram. Dövlət Təhlükəsizliyi Xidməti ölkəmizin təhlükəsiz inkişafı və gələcəyi üçün böyük əhəmiyyətə malik olan bir qurumdur. Mən əminəm ki, Əli Nağıyevin rəhbərliyi ilə bu orqan davamlı olaraq inkişaf edəcək və ölkəmizin milli təhlükəsizliyini həmişə yüksək səviyyədə qoruyub saxlayacaq!

Xəbər lenti