Logo

"Xalqımızdan, prezidentimizdən üzr istəyirəm" - MƏKTƏB DİREKTORU DANIŞDI

23.12.2020 13:35 2854 baxış
IMG

Xəbər verdiyimiz kimi, Bakının qalmaqallı məktəb direktoru bu dəfə karantin qaydalarını pozmaqla gündəm olub.

 

187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova evində təşkil etdiyi doğum günü məclisi ilə karantin qaydalarını kobud şəkildə pozub.

 

Nailə Məmmədova fərdi yaşayış evində təşkil etdiyi məclisə onlarla şəxsi dəvət edib. Direktor həmçinin məclisə müğənnilər də çağırıb. Nailə Məmmədovanın evində baş tutan məclisdən çəkilən videogörüntülər iki gündür sosial şəbəkələrdə geniş şəkildə yayılır.

 

Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

 

İnsanlar sosial şəbəkələdə yayılan videolara və verilən cəzaya öz etirazlarını bildiriblər. Direktorun etiyi hərəkət qarşılığında işdən çıxmasını istəyiblər. Qeyd edək ki, Nailə xanım səhifələrdən birində canlı yayımda açıqlama verib:

 

"Əziz həmvətənlərim, xalqım, öncə hamınızı qələbə sevinci münasibətilə təbrik edirəm. Vətən müharibəsi başlayan ilk gündən əsgərlərin yanında olmuşam. Dəfələrlə cəbhə bölgələrinə getmişəm. Qazinin əllərində öpmüşəm, əgər bu qəbahət sayılırsa, üzr istəyirəm. Əsgərlərə vaxtilə qələm tutmağı müəllim öyrədib. Anamın Azərbaycanda yaşamadığına görə və həmin vaxtı ad günüm 60 illiyimə təsadüf etdiyinə görə, həmçinin Qubadlının azad olunması münasibətilə övladımın mənə hədiyyə etdiyi tortu kəsmişəm. Bu qəbəhaətdirsə xalqımızdan, prezidentimizdən üzr istəyirəm.

 

Müəllimin səhvi də olsa, üzərinə bu qədər getmək olmaz. Çünki, müəllim öldü, aləm üldü.

 

Hər kəsin müəllim qarşısında borcu var. Əziz kəndim! Sizdən üzr istəyirəm"

Xəbər lenti