Logo

BDU-da "Hüquq normasının tərkib elementləri" mövzusunda təlim keçirilib

29.03.2022 10:13 446 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı Naxçıvan Dövlət Universitetinin (NDU) Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı ilə birgə "Hüquq normasının tərkib elementləri" mövzusunda təlim keçirib.

Tehsil.biz xəbər verir ki, təlimdə təlimçi qismində NDU-nun Beynəlxalq münasibətlər və hüquq fakültəsinin Hüquq fənləri kafedrasının müəllimi Əli Qədimov çıxış edib.

O, "Hüquq düşüncəsinin formalaşmasında hüquq normalarının tərkib elementlərinin əhəmiyyəti ", "Hüquq düşüncəsini formalaşdıran amillər", "Hüquqi dəyərlər ", "Hüquq prinsipləri" mövzularında fikirlərini bölüşüb.

Tədbirin sonunda aprel-may aylarında yenidən ortaq təlimlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub, tələbələrin mövzuya dair sualları cavablandırılıb.

Xəbər lenti