Logo

İşə qəbul müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatıb

29.03.2022 10:32 615 baxış
IMG

Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

Tehsil.biz xəbər verir ki, müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran 210 namizəd vakansiya seçimi edib.

Namizədlər müsabiqənin vakansiya seçiminin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanacaqlar.

Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak ediblər.

Xəbər lenti