32 yaşlı türkiyəli aktyor Erkan Kaledibi evində ölü tapılıb.
Tehsil.biz haberler.com-a istinadən xəbər verir ki, onun cansız bədənini yuxarı mərtəbədə yaşayan atası aşkarlayıb. Hadisə yerinə təcili yardım və polis briqadaları gəlib.
Onun evində təbii qazla işləyən sobanın işlək vəziyyətdə olduğu məlum olub. Aktyorun intihar etdiyi ehtimal olunur.
Qeyd edək ki, E. Kaledibi həm teatr səhnəsində çıxış edib, həm də “Yasak elma”, “Diriliş Ertuğrul”, “Vatanım sensin”, “Kırgın Çiçekler” kimi seriallarda rol alıb.
Aktyor evli idi.
(Qafqazinfo)