Logo

Məktəb psixoloqları üçün ixtisasartırma təlimlərinə start verildi

23.12.2020 13:54 590 baxış
IMG

Şagirdlərə distant psixoloji dəstəyin göstərilməsi məqsədilə məktəb psixoloqları üçün ixtisasartırma təlimlərinə start verilib.

 

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən təlimlərin əsas məqsədi məktəb psixoloqlarının şagirdlərə onlayn psixoloji dəstəyin göstərilməsi üçün bilik və bacarıqlarının artırılmasıdır.

 

Təlimlərə ölkə üzrə 800 məktəb psixoloqu cəlb olunub.

 

Qeyd edək ki, təlimlər 25 dekabr tarixinədək davam edəcək.

Xəbər lenti