Logo

Təhsildə Keyfiyyət Təminatı Agentliyi əməkdaşlıq əlaqələrini genişləndirir

29.03.2022 15:21 463 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “PAŞA Holding” MMC arasında qeyri-formal və informal təhsilin tanınması fəaliyyəti istiqamətində formal təhsil ala bilməmiş, iqtisadi və sosial cəhətdən həssas vətəndaşlara təhsil sənədi əldə etmək imkanı yaratmaq məqsədilə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Əməkdaşlıq çərçivəsində agentliyin təşkilatçılığı və “PAŞA Holding” MMC-nin dəstəyi ilə müvafiq peşə ixtisası üzrə qeyri-formal və informal təhsil almış vətəndaşlar qiymətləndirmə prosesinə cəlb olunacaqlar. Bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsindən uğurla keçən namizədlər dövlət nümunəli təhsil sənədi əldə edəcəklər.

Prosesin sonunda əldə edilən təhsil sənədi vətəndaşların ömürboyu təhsildə iştirakında, əmək bazarında yer almasında və iqtisadi cəhətdən inkişafında rol oynayacaq.

Xəbər lenti