Logo

BDU-nun Psixoloji yardım sektoru “Oxu klubu”na üzvlük üçün qəbul elan edir

29.03.2022 16:16 541 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Oxu klubu”na üzvlük üçün qəbul elan edir.

“Oxu klubu”nun fəaliyyət planı çərçivəsində iştirakçıların oxu vərdişi və moderatorluq qabiliyyəti inkişaf etdiriləcək, ədəbiyyat nümunələri və  şeirlərin təhlili aparılacaq. Eyni zamanda, iştirakçıların oxu bacarıqlarının inkişaf etdirməsi məqsədi ilə psixi proseslər üzrə praktik çalışmalar da nəzərdə tutulub.

“Oxu klubu”nun üzvləri ilə görüş həftədə bir dəfə 2 saat olmaqla keçiriləcək. Növbəti görüşün aprelin 4-də keçirilməsi nəzərdə tutulub.

“Oxu klubu”na üzvlük üçün qeydiyyat aprelin 1-dək aparılacaq.

Əlaqə: (+99477)304 24 48
Instgram hesabı :pys__bdu

Xəbər lenti