Logo

Tələbələrin “Mühəndislik düşərgəsi”nin dördüncü günü

29.03.2022 16:34 574 baxış
IMG

Təhsil İnstitutunun Şəki rayonunda təşkil etdiyi “Mühəndislik düşərgəsi”nin dördüncü günündə BP şirkəti Səngəçal Terminalı ərazi istehsalat meneceri Vüsal Şəfiyev “Neft-qaz sənayesində əməliyyatların təhlükəsizlik aspektləri” mövzusunda çıxış edib.

Təhsil İnstitutundan bildirilib ki, təqdimat zamanı V.Şəfiyev təhlükə baryerinin idarə edilməsi, risk və baryerlər (maneələr), təhlükəsizliyin təkamülü, təhlükəsiz iş yeri, risklərin idarə edilməsi və digər mövzuları tələbələrlə müzakirə edib və onların suallarını cavablandırıb.

Daha sonra “SOCAR-KBR”in aparıcı planlama mühəndisi Kamran Cəbrayılov “Sənaye mühəndisi kimdir?” mövzusunda interaktiv təlim keçirib.

Sənaye mühəndisinin işləri, vəzifə öhdəlikləri, görülən işlər barədə məlumat verən K.Cəbrayılov tələbələrə komanda işi üçün tapşırıq verib və sonda verilən tapşırığın təqdimatı dinlənilib.

Xatırladaq ki, martın 24-dən etibarən müxtəlif universitetlərdən 35 tələbənin iştirakı ilə Şəki rayonunda “Mühəndislik düşərgəsi”nə start verilib.

Xəbər lenti