Logo

Tələbələrin “Mühəndislik düşərgəsi” başa çatıb

29.03.2022 17:12 357 baxış
IMG

24-28 mart tarixlərində Şəkidə təşkil edilən tələbələrin “Mühəndislik düşərgəsi”nin bağlanış mərasimi baş tutub.

Tehsil.biz xəbər verir ki, düşərgə Təhsil İnstitutunun (ARTİ) və Təhsil Nazirliyinin "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Düşərgənin son günü "PROKON" şirkətinin layihə rəhbəri Məmmədağa Mehdiyev “Necə mühəndis olmalı?” mövzusunda çıxış edərək dünyada mühəndislik sahəsində baş verən təcrübələr, mühəndislikdə idarəetmə, hədəflər haqqında danışıb.

Bağlanış mərasimində çıxış edən ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov 5 gün ərzində düşərgəyə gələn, tələbələrlə məsləhətlərini, biliklərini bölüşən mühəndislərə və idarəçilərə öz minnətdarlığını bildirib.  Tural Alışov mühəndislik sahəsinin əhəmiyyətini bir daha vurğulayaraq düşərgə iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra düşərgə iştirakçıları sertifikatlarla təltif ediliblər.

Xəbər lenti