Logo

FHN Milli Kitabxanada təlim keçirəcək

29.03.2022 18:54 336 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Azərbaycan Milli Kitabxanasında yanğın-taktiki təlim keçirəcək.

Təlim bu gün saat 20:00-da Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 57 ünvanında yerləşən Azərbaycan Milli Kitabxanasında keçirəcək təlimə DYMX-nin Səbail, Nəsimi və Nərimanov rayon Yanğından Mühafizə hissələrinin müvafiq qüvvələri yüksək saylı çağırışla təlimə cəlb olunacaq.

Təlimdə əsas məqsəd yüksək saylı çağırışlar zamanı yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılmasından ibarətdir.

Xəbər lenti