Logo

Azərbaycan Vətəndaş Hərəkatından Azərbaycanın Rus İcmasına etiraz

29.03.2022 20:26 642 baxış
IMG

Azərbaycan Vətəndaş Hərəkatının Azərbaycanın Rus İcmasına etiraz

Bəyanatı

29 mart 2022-ci il                                                                                          Bakı şəhəri

Rusiya Federasiyasının Ukrayna Respublikasına qarşı həyata keçirdiyi hərbi təcavüz mütərəqqi beynəlxalq ictimaiyyətin etirazları və sanksiyası ilə qarşılaşıb. Müstəqil dövlətə qarşı həyata keçirilən bu hərbi aksiya beynəlxalq hüququn kobud şəkildə tapdalanmasıdır.

Azərbaycan Respublikası problemin dinc yolla tənzimlənməsi üçün vasitəçilik təklif edib və tərəflərlə aktiv dialoqu davam etdirir. Bundan başqa dövlətimiz təcavüzə məruz qalana, yəni Ukrayna Respublikasına bir neçə dəfə humanitar yardım göstərib. Azərbaycan ictimaiyyətinin böyük əksəriyyəti, o cümlədən Azərbaycan Vətəndaş Hərəkatı Ukrayna Respublikasına, ukrayna xalqına yardımlar edir, dəstəyini ifadə edən bəyanatla çıxış edir, öz üzvlərinə humanitar yardım aksiyasında fəal iştiraka çağırış edir.

Belə bir şəraitdə Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Rus İcması adlı təşkilatın Rusiyanın aqressiyasına haqq qazandıran bəyanat paylaşmasını sərt şəkildə qınayırıq. Sədri Azərbaycan vətəndaşı, Milli Məclisin deputatı vəzifəsini tutan Mixael Zabelin olan icmanın bəyanatı, aqressiyaya haqq qazandırmaq cəhdi yolverilməzdir. Azərbaycan Vətəndaş Hərəkatı olaraq Azərbaycan Rus İcmasını yanlışını tezliklə düzəltməyə, dünyada sülhün, ədalətin, haqqın yanında olmağa, Azərbaycanın problemlərinin həllində fəal iştirak etməyə çağırırıq.

Xüsusən Rusiya tərəfinin, son günlər Azərbaycanın ərazısində qanunsuz erməni silahlı dəstələrinə silahı buraxmaq və ya ərazini tərk etmək çağırısına qeyri-adekvat bəyanatında olmayan "Dağlıq Qarabağ", həmçinin, "Qarabağ (erməni) sılahlı qüvvələri" ifadələrinin işlədilməsi birbaşa olaraq Azərbaycana qarşı hörmətsizlikdir və məlum üçtərəfli bəyanatın 4-cü bəndinə bu günə kimi Rusiya tərəfinin əməl etməməsini sübut edir. Azərbaycanın Rus İcmasının bəyanatında bu mənfi hala münasibət bidirilməməsi qəbuledilməzdir, Azərbaycan vətəndaşı adına layiq olmayan hərəkətdir və bunu AVH olaraq şiddətlə qınayırıq.

Xəbər lenti