Logo

Azərbaycanlı uşaq yazıçısı “Kiçik Nobel” aldı

30.03.2022 12:47 407 baxış
IMG

Uşaq yazıçısı Solmaz Amanovanın “Cəsur ayı və dostları” kitabı Beynəlxalq Uşaq Kitabı Şurasının (IBBY) fəxri siyahısında altıncı olub.

Tehsil.biz xəbər verir ki, IBBY tərəfindən təsis edilən Hans Xristian Andersen mükafatı uğrunda 163 müəllif, illüstrator və tərcüməçilər mübarizə aparıb.

Hans Xristian Andersen mükafatı, dünyanın ən nüfuzlu ədəbi mükafatlarından sayılır, hətta “Kiçik Nobel mükafatı” da adlanır. Bu mükafat yalnız həyatda olan laureatlara verilir.

Beynəlxalq Uşaq Kitabı Şurası (IBBY) İsveçrədə, Sürix şəhərində 1953-cü ildə yaradılıb. Hazırda IBBY-nin dünya üzrə 80 Milli Bölməsi fəaliyyət göstərir.

F.Köçərli adına IBBY-nin rəsmi üzvüdür və həmin təşkilatla əməkdaşlıq edir.

Kulis.az

Xəbər lenti