Səhiyyə Nazirliyinin qarşısında keçirilən aksiyaya münasibət bildirilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, bu gün xarici ölkələrdə klinik ordinatura və internatura təhsili alan bir qrup həkim müraciət edib.
Qeyd olunub ki, həmin şəxsləri Səhiyyə Nazirliyinin nümayəndələri qəbul edib, onların müraciətləri dinlənilib: "Müraciət həmin həkimlərin aldıqları klinik ordinatura və internatura təhsilinə əsasən tibb fəaliyyəti ilə məşğul olmalarına icazə verilməsi ilə bağlı olub. Bildirilib ki, Səhiyyə Nazirliyi məsələnin tənzimlənməsi üçün normativ hüquqi akt layihəsi hazırlayıb və razılaşdırılması üçün Təhsil Nazirliyinə təqdim edib. Müraciət edən həkimləri prosesin gedişatı ilə mütəmadi olaraq məlumatlandırmaq üçün əlaqə nömrələri götürülüb. Hər bir mərhələ barədə onlarla əlaqə saxlanılacaq".