30 mart 2022-ci il tarixində Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mətbuat və Nəşriyyat Milli Administrasiyası arasında klassik əsərlərin tərcüməsi və nəşri barədə Anlaşma Memorandumu”nu imzalanıb.
Tehsil.biz xəbər verir ki, əldə edilmiş razılığa əsasən qeyd edilən Anlaşma Memorandumu eyni vaxtda Çin Xalq Respublikasında da Nazir müavini, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat şöbəsinin müavini cənab Can Cyançun tərəfindən imzalanıb.
Anlaşma Memorandumunun məqsədi növbəti beş il ərzində İştirakçıların təmsil etdikləri ölkələrin klassik və mühüm əsərlərinin hər iki ölkədə tərcümə və nəşrinə dəstək göstərməkdir. Hər iki ölkənin klassik və mühüm əsərlərinin qarşılıqlı təbliğinə təkan verəcək sənədə əsasən razılaşdırılaraq seçiləcək klassik əsərlər müvafiq olaraq Azərbaycan və çin dillərinə tərcümə olunaraq çap ediləcək.