Logo

“Uğurlu karyera yolu” mövzusunda görüş keçirilib

30.03.2022 18:15 624 baxış
IMG

Bakı şəhəri 200 nömrəli Məktəb-Lisey Kompleksində “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı Ali Neft Məktəbinin Keyfiyyətin təminatı şöbəsinin rəisi, “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Güldənə Hidayətli ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə məktəblinin dostları, 8-9-cu sinif şagirdləri və müəllim kollektivi iştirak edib.  Qonaq şagirdlərlə düzgün ixtisas seçimi, özünüinkişaf üçün doğru addımlar, uğurlu karyera yolu haqqında söhbət aparıb və onların suallarını cavablandırıb.

Xəbər lenti