Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Mühasibat uçotu” üzrə qısamüddətli təlim keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, təlimdə iştirak etmək üçün elektron ərizə qəbulu aprelin 3-dək davam edəcək. Təlimə tam orta təhsil səviyyəsini uğurla tamamlamış və “Windows” əməliyyat sistemində işləmək bacarığı olan şəxslər müraciət edə bilərlər. Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın digər sahələri üzrə ilkin bilik və ya təcrübənin olması üstünlük hesab edilir. İştirakçılar təlim müddətində mühasibat uçotunun əsasları, ikili uçot prosesi, ilkin mühasibat sənədləri və əsas maliyyə hesabatlarının hazırlanması üzrə bilik və bacarıqlara yiyələnəcəklər. Yekunda təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq. Təlim həm ənənəvi, həm də onlayn qaydada 3 ay davam edəcək.