Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi ilə bağlı məlumat yayıb.
Tehsil.biz xəbər verir ki, məlumatda hadisə nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlərin tamamilə yanlış və heç bir əsassız olduğu bildirilib.
"Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
Fəqan Əzimli
Həmçinin oxuyun: Naxçıvanda məktəb çöküb, ölənlər və yaralananlar var - FOTO