Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib.
Tehsil.biz xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov məlumat verib.
Nazir qeyd edib ki, gələn il ərzində Şuşanın türk mədəniyyətinin mərkəzi olmasını təntənə ilə qeyd edəcəyik:
"Tarixi bir gün: Mədəniyyət incimiz olan Şuşa şəhəri Türk dünyasının 2023-cü il üçün mədəniyyət paytaxtı elan edildi. Gələn il ərzində Şuşanın türk mədəniyyətinin mərkəzi olmasını təntənə ilə qeyd edəcəyik. Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm”.
Fəqan Əzimli