Dövlət İmtahan Mərkəzində Texnoloji nəzarət və imtahan materiallarının avtomatlaşdırılmış çapı şöbəsində böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.
Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.
Struktur bölmə: Texnoloji nəzarət və imtahan materiallarının avtomatlaşdırılmış çapı şöbəsi
Vəzifənin adı: böyük məsləhətçi
Təhsil: kompüter mühəndisliyi ixtisası üzrə ali təhsil
İş təcrübəsi: tələb müəyyən edilmir
Xüsusi biliklərə dair tələblər:
- Çap qurğularının və onların periferik qurğularının (bukletmeyker, trimmer və s.) iş prinsipi üzrə biliklər;
- PLC (Programmable Logic Controllers) və ya PAC (Programmable Automation Controllers) proqramlaşdırması;
- Relyasion verilənlər bazaları və SQL Server ilə iş təcrübəsi;
- C++ dilini bilmək;
- Hazır proqramlarla peşəkar səviyyədə işləmək bacarığı.
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz CV formasını mövzu bölməsində “İşə qəbul” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 30 aprel 2022-ci il tarixədək göndərə bilərlər.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.