Logo

Şagirdlərin olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi məqsədilə yaz düşərgəsi təşkil edilib

31.03.2022 16:13 325 baxış
IMG

Olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və şagirdlərin beynəlxalq olimpiada nailiyyətlərinin daha da yüksəldilməsi məqsədilə yaz düşərgəsi təşkil edilib.

Təhsil İnstitutundan bildirilib ki, dərslər riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq komandasının müəllimi professor Nazim Kərimovun rəhbərliyi ilə əvvəlki illərin olimpiada qalibləri Yusif Qasımov (Bakı Ali Neft Məktəbi) və Vüqar Quliyev (Bakı Dövlət Universiteti) tərəfindən keçirilir.

Şagirdlər ötən ilin dekabr ayında təşkil edilən və 5700-dən çox şagirdin qatıldığı iki mərhələli imtahan əsasında seçilib.

Qeyd edək ki, 25 şagirdin iştirakı ilə keçirilən dərslər Kimya-biologiya təmayüllü respublika liseyində təşkil olunub.

Xəbər lenti