Logo

“Övladıma necə psixoloji dəstək göstərə bilərəm?” mövzusunda təlim keçirilib

31.03.2022 18:08 359 baxış
IMG

“Övladıma necə psixoloji dəstək göstərə bilərəm?” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, onlayn görüş "Məktəblinin dostu” layihəsi çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin psixoloqları tərəfindən həyata keçirilib.

Valideynlərə  müxtəlif yaş dövrlərində rast gəlinən psixoloji problemlər, bu problemlərin yaranma səbəbləri və vaxtında aşkarlanması yolları haqqında geniş məlumat verilib. Eyni zamanda, müxtəlif tərbiyə metodlarının təhlili aparılıb, övladlarında müşahidə olunan psixoloji problemlərin həlli üsulları barədə tövsiyələr verilib.

Təlimin sonunda valideynlərin sualları cavablandırılıb.

Xəbər lenti