Bakı Dövlət Universitetinin (BDU) “Gənc istedadlar” liseyinin X sinif şagirdi Nəriman Şirinli 16-22 dekabr tarixlərində Moskva şəhərinin təşkilatçılığı ilə virtual formada V Beynəlxalq Meqapolislər Olimpiadasında qaliblər sırasındadır.
Dünyanın 31 meqapolisinin iştirak etdiyi və fizika, kimya, riyaziyyat, informatika fənləri üzrə təşkil edilən beynəlxalq olimpiadada kimya fənni üzrə Nəriman Şirinli bürünc medala layiq görülüb.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərsləri “Azercell” Telekom şirkətinin dəstəyi ilə həyata keçirilir.
Şagirdimizi bu münasibətlə təbrik edir, gələcək fəaliyyətində uğurlar diləyirik.