Dövlət İmtahan Mərkəzi (DİM) və UNEC-in birgə təşkilatçılığı ilə təhsilalanların biliyinin qiymətləndirilməsi üzrə testlərin tərtibi metodikası ilə bağlı təlimlər keçiriləcək.
25-29 dekabr tarixlərində keçiriləcək təlimlər DİM-in məsul şəxsləri tərəfindən aparılacaq.
Təlimlər aşağıdakı mövzularda olacaq:
25 dekabr
Tədris materiallarından (dərslik, mühazirə materialları, təqdimatlar) istifadə etməklə testlərin hazırlanması üsulları- Murad Əliyev, Orta təhsil üzrə sektor müdiri
26 dekabr
Testlərin formaları və onların tərtibində stilistik, orfoqrafik tələblər - Əlişirin Şükürov, Dövlət qulluğu üzrə sektor müdiri
27 dekabr
Tərtib olunmuş testlərin monitorinqi və ekspertizası- Natiq Əliyev, Yoxlama ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri
29 dekabr
Test bazası və onun yenilənməsinə olan tələblər”- Fuad Əhmədov, Statistik araşdırmalar və innovasiyalar sektorunun müdiri
Təlimlər UNEC-in rəsmi Facebook (www.facebook.com/unecedu) səhifəsi üzərindən canlı yayımlanacaq.