ABŞ-da ictimai kolleclər bəzən kollec tələbələri üçün daha az alternativ görünsə də, onlar bir çox tələbənin dərəcə əldə edilməsinin daha tez və daha az xərclə başa gəlməsinə kömək edə bilər. Bu məktəblər iki il ərzində bakalavr dərəcəsi üçün bir çox dörd illik müəssisələrdə olduğu kimi dərəcə təqdim edir.
Bir zamanlar kiçik kolleclər adlandırılan bu təhsil ocaqları ABŞ-da 1900-cü illərin əvvəllərində meydana gəlib. İctimai kolleclərinin ən böyük cəzibəsi isə onların əlçatan olmasıdır.
Milli Təhsil Statistika Mərkəzinin məlumatına görə, 2017-2018-ci tədris illərində dördillik dövlət kolleclərində orta təhsil haqqı 26 261 dollar olubsa, özəl müəssisələrdə 46 014 dollar təşkil edib.
ABŞ-da ən bahalı dördillik universitetlər arasında hər ikisi də Massaçusettsdə yerləşən Amherst College (82 008 dollar) və Tufts Universitetibir (70 000 dollar).
Qurumun veb səhifəsinə əsasən üçüncü yeri Pensilvaniyadakı Franklin və Marshall Kolleci tutur (60.872 dollar).
Bu məbləğə Tufts-ın 8516 dollar əlavə aldığı otaq və yemək xərcləri daxil deyil.
Milli Təhsil Statistika Mərkəzinə görə, ictimai kolleclərdə ikiillik təhsil haqqı 3564 dollar təşkil edir. Son illərdə Arkansas, Kaliforniya və Delaver kimi bəzi ştatlar pulsuz təhsil təklif edib.
Dördillik qurumlar akademik rəqabətçilik yaratmasalar da, tələbələrə karyera istəkləri ilə əlaqəli olmayan, lakin kimya və cəbr kimi tələb olunan kurslara girmə şansı verirlər.
Evdə və ya kollec şəhərciklərindən kənarda yaşayanlara təhsil daha ucuz başa gəlir.
Belə kolleclərdə təhsil alanların əksəriyyəti, təxminən 80 faizi işləyr, onların 39 faizi isə tam ştatlı işlərdə çalışır. Bu kimi kolleclərdə dərslərin saatları işə görə müəyyən edilir. Tələbələrin orta yaşı 28-dir.
Santa Monika və Şimali Virciniya kollecləri birinci dilləri ingilis olmayan tələbələri kurslar və resurslarla təmin edir.
Ən əsası isə bu kolleclərin bir çoxuna qəbul üçün ingilis dili tələb edilmir.
İctimai kolleclər özəl dərslər verir və ingilis dili ikinci dili olan tələbələrə xüsusi kurslar keçir.
1 milyondan çox xarici tələbənin yalnız 7.4 faizi ictimai kolleclərdə təhsil alır. Bu isə bir çox xarici tələbənin kollec imtiyazlarından xəbərsiz olması deməkdir.