Logo

Cəlilabad Təhsil Şöbəsindən uçqun olan məktəblə bağlı AÇIQLAMA

01.04.2022 00:02 568 baxış
IMG

“19 mart 2022–ci il tarixdə yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb".

Tehsil.biz xəbər verir ki, bu barədə Cəlilabad rayon Təhsil Şöbəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib:

"Baş vermiş hadisə ilə əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdləri təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün  28 mart 2022-ci il tarixdən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. Qeyd üçün bildiririk ki, hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib. Musalı kənd tam orta məktəbin V-XI sinif şagirdləri 01.11.2021-ci il tarixdən təhsillərini Zəhmətabad kənd tam orta məktəbində davam etdirirlər. Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına məlumat verilib və nəzarətə götürülüb”.

Fəqan Əzimli

Həmçinin oxuyun: Daha bir məktəbdə uçqun olub

Xəbər lenti