Mədəniyyət naziri Anar Kərimovun səfər çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla təkbətək görüşü baş tutub.
Dəvət üçün qardaş ölkənin mədəniyyət və turizm nazirinə təşəkkürünü bildirən A.Kərimov mədəniyyətin müxtəlif sahələrində birgə əmkdaşlığın vacibliyini vurğulayıb.
Həmkarını salamlayan Mehmet Nuri Ersoy öz növbəsində iki dost, qardaş ölkənin doğma münasibətlərindən, eləcə də çoxşaxəli əməkdaşlığın əhəmiyyətindən məmnunluğunu bildirib.
Həmçinin tərəflər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Yunus Emre İnstitutu arasında “Türkiyə Rezidans Proqramı”nın həyata keçirilməsi üzrə Protokol imzalayıblar.
Görüş bir sıra mühüm məzsələlərin müzakirəsi ilə davam edib.