Təhsil İnstitutu Azərbaycan dili, ədəbiyyat, xarici dil (ingilis dili) və coğrafiya fənləri üzrə kurikulumların təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır.
Bu barədə institutdan bildirilib.
Namizədlər ixtisas fənni üzrə dərin bilik və bacarıqlar, müasir pedaqoji yanaşmalara dair məlumatlılıq, fikirləri yazılı formada ifadə etmə təcrübəsi, araşdırma və təhlil üzrə səriştə, ən azı 5 illik pedaqoji təcrübə, sərbəst iş qrafiki və xarici dil üzrə bilik və bacarıqlar kimi tələblərə cavab verməlidirlər.
Tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) aprelin 10-dək [email protected] ünvanına göndərmələri xahiş olunur. Emailin başlıq bölməsində “Coğrafiya (şərti olaraq) fənni üzrə kurikulum mütəxəssisi” qeyd edilməsi vacibdir.
Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlər müəyyənləşdiriləcək və növbəti mərhələlərə dəvət ediləcəklər.