Logo

Sabah Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçiriləcək

01.04.2022 11:36 417 baxış
IMG

Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi aprelin 2-də keçiriləcək.

Bu barədə Təhsil İnstitutundan bildirilib.

Qeyd edilib ki, məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadə irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.

Xəbər lenti