Logo

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

01.04.2022 12:24 399 baxış
IMG

Xaricdə doktorantura təhsili ilə bağlı 2022-ci il üçün ilk sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 aprel 2022-ci il saat 23:59-dək davam edəcək.

Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Xəbər lenti