Logo

Milli Kitabxanada yanğın-taktiki təlimi keçirilib - VİDEO

01.04.2022 13:00 420 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Azərbaycan Milli Kitabxanasında yanğın-taktiki təlim keçirib.

Tehsil.biz xəbər verir ki, təlimdə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail, Nəsimi və Nərimanov rayon Yanğından Mühafizə hissələrinin qüvvələri iştirak edib.

Təlimin keçirilməsində əsas məqsəd yüksək saylı çağırışlar zamanı yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.

Təlim zamanı yüksək saylı çağırışla “hadisə yerinə” operativ cəlb olunan yanğından mühafizə qüvvələri tərəfindən kitabxananın 2-ci mərtəbəsində baş vermiş şərti yanğının söndürülməsi, zərərçəkmişlərin təxliyəsi, kitab və əlyazmaların mühafizəsinin təmin olunması “əməliyyatı” həyata keçirilib.

Uğurla icra olunan təlimdən sonra əməkdaşların “yanğınla” mübarizə üzrə fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Xəbər lenti