Logo

Dövlət Komitəsində etik davranış qaydalarına həsr olunan tədbir keçirilib

01.04.2022 18:49 455 baxış
IMG

Martın 31-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində etik davranış qaydalarına həsr olunan tədbir keçirilib.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən etik normalara dair dövlət qulluqçularının maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov çıxış edərək ölkəmizdə dövlət qulluqçularının, xüsusilə gənclərin mütəxəssis kimi formalaşmasına göstərilən qayğı və diqqəti vurğulayıb.

Dövlət qulluğunda çalışan hər kəsin vəzifə öhdəliklərini yüksək peşəkarlıqla, vicdanla və məsuliyyətlə yerinə yetirməsinin labüdlüyünü diqqətə çatdıran Aparat rəhbəri, həmçinin etik davranış qaydalarına əməl olunmasının əhəmiyyətinə toxunub.

Xəbər lenti