Logo

Stolüstü tennis üzrə Respublika birinciliyi keçirilib

01.04.2022 20:54 619 baxış
IMG

“Təhsil” Respublika İdman Mərkəzinin stolüstü tennis üzrə Respublika birinciliyi keçirilib. 

Tehsil.biz xəbər verir ki, beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydaları əsasında 2007-2008, 2009-cu il və daha kiçik təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında təşkil olunan yarışa uşaq-gənclər idman-şahmat məktəblərindən 10 komanda olmaqla, 90 nəfər idmançı qatılıb. 

Ümumi hesabda Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi I yeri, 1 nömrəli idman liseyi II yeri, Şabran rayon uşaq-gənclər idman-şahmat məktəbi III yeri tutub.

Qalib idmançılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunub.

Xəbər lenti