Şamaxı rayonunda yerləşən Pirsaat Baba ziyarətgah-məscid kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub və yeni məscid binası inşa edilib.
Tehsil.biz xəbər verir ki, 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanılmışdı. Məsciddə ibadət zalı ilə yanaşı, mərasim zalları da inşa olunub.
Ziyarətgah-məscid kompleksinin ətrafında geniş abadlıq-yaşıllaşdırma işləri görülüb.