Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Tehsil.biz xəbər verir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Nəticədə, avtomobilin sərnişini Cəfərzadə Aysel Ruslan qızı hadisə yerində keçinib.
Qeyd edək ki, Aysel Cəfərzadə Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi olub.