Logo

Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Azərbaycan Texnologiya Universitetində olub

02.04.2022 22:58 675 baxış
IMG

Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfovun rəhbərliyi ilə fondun nümayəndə heyəti Azərbaycan Texnologiya Universitetində olub.

Tehsil.biz xəbər verir ki, görüş zamanı Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Yaşar Ömərov Təhsil Tələbə Krediti Fondunun əhəmiyyətindən danışıb. Qeyd edib ki, fondun yaradılması tələbələrin ali təhsilə əlçatanlığını artırır, yeni imkanlar yaradır, dövlətin gəncliyə və təhsilə qayğısından xəbər verir.

Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfov fondun imkanları barədə məlumat verib, mexanizmin üstünlüklərindən danışıb. Müzakirələr zamanı UTECA əməkdaşlarının təhsil tələbə kreditinə dair təklifləri dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, ötən semestr ərazində Texnologiya Universitetinin 70 tələbəsi təhsil tələbə kreditindən yararlanıb ki, onlardan 16 tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 91 baldan yuxarı olub. 2021-2022-ci tədris ilinin ikinci semestri üçün isə UTECA tələbələrindən 72 nəfər Təhsil Tələbə Krediti Fonduna müraciət edib.

Xəbər lenti