Logo

Aprelin 4-də bir sıra ölkələr İnternet Gününü qeyd edir

04.04.2022 09:22 542 baxış
IMG

Aprelin 4-də bir sıra ölkələr İnternet Gününü qeyd edir.

Tehsil.biz xəbər verir ki, bu əlamətdar gün 1998-ci ildə Roma Papası II İohan Pavel tərəfindən təsis olunub. Onun sözlərinə görə, internet bir növ insan biliklərinin ensiklopediyasıdır. Buna görə də Ümumdünya hörümçək torunun hamisi ilk 20 cildlik ensiklopediyanı tərtib edən məşhur ensiklopedist Sevilyalı İsidor hesab edilə bilər.

O, ilk dəfə öz işində çarpaz istinadlar sistemini tətbiq edib ki, bu da şəbəkədə istifadə edilən hiperistinadları xatırladır. Sevilyalı İsidor 636-cı ilin bu günü dünyasını dəyişib. Bundan başqa, bu tarixin qısa yazılışı (4.04) geniş yayılıb və şəbəkənin demək olar ki, hər istifadəçisinin rastlaşdığı “HTTP 404” səhvinə uyğun gəlir.

İnternet bayramının dəqiq tarixi haqqında razılıq hələ ki əldə olunmayıb. Belə ki, hər ölkə Beynəlxalq İnternet Gününü bir qayda olaraq, milli domen zonasının açılışı günündə (məsələn, Ukrayna 14 dekabr, Özbəkistan 29 aprel, Rusiya 7 aprel) qeyd edir. Bundan başqa, Rusiya Federasiyasında 30 sentyabr Ümumdünya hörümçək toru günü kimi yadda qalıb.

Azərbaycanda genişzolaqlı xidmətlərin göstərilməsinə 2006-cı ildən başlanılıb və son illərdə istifadəçilərin sayında ciddi sıçrayış müşahidə olunmaqdadır. Ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti dəfələrlə artırılıb. Hazırda Azərbaycanın telekommunikasiya peykləri – “Azerspace-1” və “Azerspace-2” Afrika qitəsinin 2/3 hissəsinə internet xidməti göstərir. Habelə 2021-ci ilin aprelində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanda peyk üzərindən yüksəkkeyfiyyətli və etibarlı internet təmin etmək məqsədilə “Azconnexus” peyk interneti platformasını istifadəyə verib.

Xəbər lenti