Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində sözügedən ali təhsil müəssisəsinin iki tələbəsi təhsilini Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) davam etdirir.
İlahiyyar İnstitutundan "Tehsil.biz"ə verilən məlumata görə, bir semestr davam edəcək tədris ingilis dilində aparılır.
Dərslər öz sahəsinin peşəkar mütəxəssisləri olan Aİİ-nin müəllimləri tərəfindən keçirilir.