Logo

Güclü külək paytaxtda neçə məktəbə ziyan vurub? - AÇIQLAMA

04.04.2022 15:57 430 baxış
IMG

Aprelin 4-ü güclü külək nəticəsində bəzi ümumi təhsil müəssisələrinə müəyyən dərəcədə ziyan dəyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Tehsil.biz"ə verilən məlumata görə, güclü külək paytaxtın Suraxanı rayonunda yerləşən 278 saylı tam orta məktəbin də dam örtüyünün zədələnməsinə səbəb olub:

"Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtdakı 278 nömrəli tam orta məktəbin dam örtüyü zədələnib. Qeyd edək ki, məktəb sonuncu dəfə 2008-ci ildə təmir olunub. Dam örtüyündə fəsadların yaranması barədə aidiyyəti qurumlara məlumat verilib. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək. Onu da qeyd edək ki, hava şəraiti ilə əlaqədar paytaxtın digər məktəblərində hər hansı ciddi hadisə baş verməyib".

Qeyd edək ki, bundan başqa külək nəticəsində Abşeron rayonunun Xırdalan şəhərində yerləşən 9 nömrəli tam orta məktəbin də damı uçub.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi, rayonlarında isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir. 

Fəqan Əzimli

Xəbər lenti