Regional Təhsil İdarəslərinin yaradılması ilə bağlı proses yekunlaşmaq üzrədir.
Tehsil.biz xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən xəbər verilib.
"Regional İdarələrin yaradılması ilə bağlı bir sıra işlər artıq bitmək üzrədir. Aprel ayının ilk 10 günündə bu haqda geniş açıqlama olacaq" - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən il dekabrın 20-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb:
- Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında Abşeron – Xızı Regional Təhsil İdarəsi;
- Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi;
- Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi;
- Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi;
- Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax – Tovuz Regional Təhsil İdarəsi;
- Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon təhsil şöbələrinin əsasında Quba – Xaçmaz Regional Təhsil İdarəsi;
- Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran – Astara Regional Təhsil İdarəsi;
- Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi;
- Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil – Muğan Regional Təhsil İdarəsi;
- Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki – Zaqatala Regional Təhsil İdarəsi;
- Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi;
- Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan – Salyan Regional Təhsil İdarəsi.