Logo

Səbrli, güclü və müdrik liderimiz - Cənab İlham Əliyev

04.04.2022 22:34 541 baxış
IMG

El arasında belə bir söz var asan iş yoxdur.Bəli razıyam, lakin bəzi işlər var ki xüsusi səbir,güc ,iradə və irəli uğurla addım atmaq üçün məqsəd tələb edir.Hər evi,hər idarəni,obyekti,işi  və yaxud birliyi,qrupu idarə edən,rəhbərlik göstərən insan olur.Sözü gedən insanın üzərinə çox ağır məsuliyyət düşür,səbəb ondan ibarətdir ki,həmin o şəxs işini,vəzifəsini o qədər gözəl yerinə yetirməlidir ki, ətrafında olan hərkəs onunla  fəxir etsin.Mən elə düşünürəm ki, ən ağır və bir o qədər də məsuliyyət tələb edən iş,bir ölkənin idarə edilməsidir. Dövlət başçısı olmaq, Vətənini qorumaq və orada yaşayan insanların qayğısını çəkərək bütün problemlərini yoluna qoymaq,düşünürəm ki,hər kəsin bacaracağı bir iş deyil.

Prezident seçkilərində Ölkəmizə rəhbər edən şəxs xalqın səs verməsi nəticəsi ilə seçilirlər.Bizlərdə,inandığımız insana səs verik ki,dövlətimizi düzgün şəkildə idarə olunsun və gələcəyimiz günəşli və rahat olsun.Bu seçkinin sonuncusu isə 2018-ci il aprelin 11-də keçirilmişdir.Sözü gedən tarixdə 8 namizəd olub,bizlərin sərbəst və öz istəyimizlə verdiyimiz səs vermə nəticəsilə Cənab İlham Əliyev Azərbaycanın Prezidenti seçildi.Düşünürəm ki,əldə olunan ən gözəl seçim olub.İllərə nəzər salsaq görəyik ki,İlham Əliyevin hakimyətə gəlməsindən sonra Azərbaycan bir çox sahədə uğurlar qazanıb,qalibiyyət əldə edib,yeniliklərə və uğurlara imza atılıb.
Onu qeyd edə bilərəm ki,Cənab İlham Əliyevin Prezident olduğu  zamandan 2003-cü ildən indiyədək gənclər və idman sahəsinə ayırdığı diqqət nəticəsində Beynalxalq və Avropa oyunlarında əldə etyimiz medalların sayı-hesabı yoxdur.Güləş üzrə Azərbaycanın adı ön sıralarda çəkilərək,bayrağımız dalğalanıb və himnimiz xarici dövlətlərdə səslənib.

Ölkəmizdə abadlıq işləri görülərək,infrastruktur layihələr həyata keçirilmiş, yeni yollar salınıb,məktəblər tikilmiş və ya əsaslı təmir olunmuş və vətəndaşların sağlamlığı üçün yeni xəstəxanalar tikilərək, lazım olan tədarüklər görülüb. Yeddi aeroport tikilib və onlardan altısı beynəlxalq statusa malikdir.Ölkə su təcizatı  üzrə  2004-cü ildə 20 faiz əhali içməli su ilə təmin edilib, 2018-ci il də isə bu rəqəm artaraq 67 faizə çatıb.
Sadalanan layihələr görülən işlərin hələ bir qismidir.Azərbaycanın  Ali Baş Komandanı,doğma Partiyamızın Sədri cənab  İlham Əliyev ciddi,güclü,mərd və yenilməz Ordumuzun göstərdiyi şücaəti  bütün dünyaya tanıtdı.2016-cı il aprel döyüşü dünyaya səs saldı.Əldə olunan qalibiyyətlik 2-ci Qarabağ müharibəsində düşmənə sübüt etdi  ki,Azərbaycanın Ordusu yenilməz və müzəffərdir. 

Bəli 2018-ci il aprel ayının 11 də növbəti dəfə biz doğru seçim etdik və bu seçimdə heç vaxt peşmançılıq yaşamadıq. Əksinə gördüyü işlərə görü hər zaman Cənab İlham Əliyevlə fəxr edərək ona təşəkkürümüzü bildirdik.Qarşıdakı illərdə də uğurlarımızın davamlı olmasını arzu edir və gələcək uğurlarımıza tam qəlbimizlə  inanırıq.

Nüşabə Məmmədova,

YAP Yevlax rayon təşkilatının fəalı, "Gənclər evi" SXM-in əməkdaşı

Xəbər lenti