Logo

Sumqayıt Dövlət Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna 52000 manat vəsait köçürdü

05.10.2020 13:41 395 baxış

Sumqayıt Dövlət Universitetinin əməkdaşları tərəfindən işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 52000 manat pul köçürüldü.

Sumqayıt Dövlət Universitetinin əməkdaşları ordumuza maddi və mənəvi dəstək olmaq üçün könüllü olaraq əməkhaqlarının müəyyən qisminin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna köçürülməsi ilə bağlı ərizələrlə müraciət etmişdilər.

Torpaqlarımızın erməni işğalından azad olması, Vətənimizin bütövlüyü uğrunda döyüşən qəhrəman Ordumuza maddi və mənəvi dəstək olmaq hər bir vətəndaşımızın mənəvi borcudur. Ordumuza, cəbhədə, Qarabağda tarix yazan mərd oğullarımıza dəstək olmaq bizim üçün qürurdur, böyük şərəfdir!

Qeyd edək ki, 2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.

Qələbə sənindir, Azərbaycan əsgəri!

Xəbər lenti