Logo

İlahiyyat İnstitutu fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

05.04.2022 13:29 490 baxış
IMG

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş qəbul planı əsasında 2022-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (əyani və dissertantlıq yolu ilə) qəbul elan edir.

Tehsil.biz xəbər verir ki, doktoranturaya sənədlərin qəbulu elektron qaydada 05 aprel-05 may 2022-ci il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur.

Həmin şəxslərin fəlsəfə fənni üzrə imtahanı 2022-ci ilin 1, 2 və 5 sentyabr, ixtisas fənnindən imtahanı isə 2022-ci ilin 12 və 13 sentyabr tarixlərində keçirilməsi planlaşdırılmışdır.

İnstitutun doktoranturasına sənədlərin qəbulunun "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.
İnstitutun doktoranturasına qəbul olmaq üçün sənədləri təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olub, orada
"Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçə bilərlər.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Xarici dil imtahanında keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı 2 (iki) il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa çatdırmış şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Doktoranturada tam təhsil müddətini başa çatdırmış şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Əlaqə nömrəsi: +994 12 510 65 45 (daxili: 147; 152)
E-mail: [email protected][email protected]

Xəbər lenti