Logo

Şəhid övladı: "Həkim olacağımı görmək atamın ən böyük arzusu idi" - VİDEO

05.04.2022 13:33 666 baxış
IMG

Sədi Süleyman oğlu Musayev 1978-ci il aprelin 1-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 

"Tehsil.biz"in məlumatına görə, Sədi Musayev 1985-1993-cü illərdə Qıvraq qəsəbəsində S.Əsədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb.

Azərbaycan Ordusunun Polkovnik-Leytenantı olan Sədi Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Sədi Musayev sentyabrın 28-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub.

II Şəhidlər Xiyabanında dəfn olunub.

Daha ətraflı TehsilBİZ TV-nin sujetində:

Xəbər lenti