6 aprel saat 17:00-da Azərbaycan dili fənni üzrə feil, nitq hissələrinin isimləşməsi, tabeli mürəkkəb cümlə mövzusunda vebinar keçiriləcək.
Tehsil.biz xəbər verir ki, vebinarda spiker qismində filologiya üzrə fəlsəfə doktoru, 220 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Azərbaycan dili dərsliklərinin müəllifi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Xanım Qasımova çıxış edəcək.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.