Logo

BDU doktoranturaya qəbul elan edir

05.04.2022 14:00 610 baxış
IMG

Bakı Dövlət Universiteti Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na uyğun olaraq fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul elan edib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, sənədlərin qəbulu mayın 5-dək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Qəbul qaydaları haqqında ətraflı məlumatı BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Magistratura və doktorantura şöbəsindən və rəsmi internet səhifəsindən (www.bsu.edu.az, http://md.bsu.edu.az) əldə etmək olar.

Xəbər lenti