Logo

Emin Əmrullayev Gürcüstan Basketbol Federasiyasının prezidenti Viktor Sanikidze ilə görüşüb - FOTO

05.04.2022 15:01 542 baxış
IMG

Aprelin 5-də Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev ölkəmizdə səfərdə olan Gürcüstan Basketbol Federasiyasının prezidenti Viktor Sanikidze ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdən əvvəl Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad edilib, məzarları önünə əklil və gül dəstələri qoyulub. Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.

Daha sonra federasiyaların məsul şəxslərinin iştirak etdiyi görüşdə basketbol idman növünün inkişafı və mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, gələcəkdə birgə görüləcək işlərdən danışılıb.

Xəbər lenti