Logo

BSU-nun şəhid məzunu Vüqar Süleymanovun anım günüdür

05.04.2022 16:06 430 baxış
IMG

Aprelin 5-i Bakı Slavyan Universitetinin (BSU) məzunu, Aprel döyüşlərinin şəhidi Vüqar Natiq oğlu Süleymanovun anım günüdür. 

Tehsil.biz xəbər verir ki, Vüqar Süleymanov 1993-cü il yanvarın 20-də Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 2015-ci ildə BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsini ( indiki Humanitar və sosial elmlər fakültəsini) bitirib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüqar Süleymanov 2016-cı il aprelin 2-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə igidliklə şəhid olub. Aprelin 5-də doğulub boya-başa çatdığı Böyük Dəhnə kəndində dəfn edilib. 

Vüqar Süleymanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Qeyd edək ki, məzunu olduğu BSU-nun hər iki tədris binasında universitet rəhbərliyinin təşəbbüsü ilə yenilənmiş “Şəhid məzunlarımız” guşələrində Vüqar Süleymanovun da xatirəsi əbədiləşdirilib.

Allah rəhmət eləsin!

Xəbər lenti